arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski

Toyuq əti yeyənlərin NƏZƏRİNƏ: Xərçəngdən ölüm riski19 illik araşdırmaya görə, həftədə 300 qramdan çox toyuq əti istehlak edənlərin həzm sistemi xərçəngindən ölmə ehtimalı daha yüksəkdir. Mütəxəssislər kənd toyuğu istehlak etmək lazım olduğunu vurğulayırlar.

Bu barədə İtaliya Milli Qastroenterologiya İnstitutunun alimləri araşdırma aparıb.

Araşdırmada 19 il ərzində 4869 nəfərin qidalanma vərdişləri, demoqrafik xüsusiyyətləri və ümumi həyat tərzi təfərrüatlı şəkildə izlənilib. İştirakçıların boyu, çəkisi və qan təzyiqi, yedikləri toyuq ətinin miqdarı kimi parametrlər ciddi şəkildə qeydə alınıb.

Tədqiqat zamanı iştirakçılardan 1028-i ölüb. Təhlil zamanı məlum olub ki, ölüm nisbəti toyuq istehlakı qrupunda daha yüksəkdir. Mütəxəssislər həftədə 300 qramdan çox toyuq əti istehlak edənlərdə ölüm riskinin təxminən 27 faiz artdığını bildirirlər.

Tədqiqat göstərir ki, çox toyuq əti istehlak edənlərdə mədə-bağırsaq xərçənginə tutulma riski ikiqat artır. Bu riskin kişilər arasında daha çox baş verdiyi qeyd edilir.

Alimlər bildirir ki, bu risklərin arxasında duran potensial səbəblər tam aydın deyil. Toyuqların necə yetişdirildiyi, istifadə edilən əlavələr və ya böyümə hormonlarının mümkün genetik təsirləri hələ də araşdırılır.

Toyuq istehlakı ilə ölüm riski arasındakı əlaqəni daha yaxşı başa düşmək üçün araşdırmalar davam edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ