arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI

Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHIAzərbaycanda mediator olması qadağan edilən şəxslərin siyahısı genişləndirilir.

Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.

Layihəyə əsasən, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

Mövcud qanunvericiliyə əsasən, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş şəxslər, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərin mediator olması qadağandır.

Həmçinin mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı 2 otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti 5 il olacaq.

Bu qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə biləcək.

Xəbərdarlıq intizam tənbehi sayılmayacaq.

Mediasiya Şurası mediatorların və mediasiya təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və mediasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə tədbirlər görəcək.

Mediasiya təşkilatı mediatoru 3 (üç) iş günü ərzində təyin edəcək.

Mediasiya tərəfləri bu qanunun 36.7-ci maddəsində nəzərə tutulmuş hal istisna olmaqla mediasiya xərclərini ödəyəcəklər.

Layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ