arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldıDövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, aprel ayının 18-də Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sahibsiz halda 10-ER-545 dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı nəqliyyyat vasitəsi aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılaraq, xidməti ərazi qapadılmış, pilotsuz uçuş aparatı (PUA) vasitəsilə şübhəli şəxslərin axtarışına başlanılılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində əllərində bağlama ilə avtomobilə yaxınlaşan Ağdam rayon sakinləri – 1989-cu il təvəllüdlü Məmmədov Taleh Natiq oğlu və 1991 ci il təvəllüdlü İsmayılov Əhəd Natiq oğlu saxlanılıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 5 kiloqram 800 qram narkotik vasitə marixuana götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ