arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bakıda aylıq kirayə haqqı ƏL YANDIRIR - ŞOK RƏQƏMLƏR

Bakıda aylıq kirayə haqqı ƏL YANDIRIR - ŞOK RƏQƏMLƏR



Bakı şəhərində median aylıq kirayə haqqı 927 manatdır

Bakı şəhərində təklif edilən median aylıq kirayə haqqı 927 manat təşkil edir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Sənədə əsasən, bu göstərici daşınmaz əmlakın kapitalizasiya müddətinin 19,5 il olmasına səbəb olur.

Hesabatda həmçinin bildirilir ki, Bakı şəhəri üzrə orta mənzil qiymətlərinin orta aylıq nominal əmək haqqına nisbəti 189 ay və ya 15,7 il təşkil edir.

AMB qeyd edir ki, 2023-cü ilin sonu ilə müqayisədə Azərbaycanda mənzil qiymətləri artsa da, bu artım bəzi bençmark ölkələrlə müqayisədə daha aşağı tempdə qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə mənzil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə 9,9 % artıb. Bu artım Qazaxıstan və Özbəkistanla müqayisədə daha yüksək, Türkiyə, Gürcüstan və digər ölkələrlə müqayisədə isə daha aşağı olub.

  • Sosial şəbəkədə paylaş