arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI

Qəhvənin yeni faydaları ÜZƏ ÇIXDI


Alimlər qəhvənin yaddaşı yaxşılaşdırdığını və beyni qocalmadan qoruduğunu üzə çıxarıblar.

Yuta Universitetindən və digər elmi qurumlardan olan amerikalı alimlər kofeinin az öyrənilmiş metaboliti olan 1-metilksantin (1-MX) gözlənilməz xüsusiyyətlərini aşkar ediblər.

Məlum olub ki, bu maddə yaddaşı yaxşılaşdırmaqla yanaşı, beyni yaşa bağlı dəyişikliklərdən qoruyaraq əsas neyrotransmitterlərin səviyyəsini artırır.

Tədqiqat "PLOS One" elmi jurnalında dərc olunub.

Təcrübə 32 siçovul üzərində aparılıb, onların yarısı gənc (8 həftəlik), digər yarısı isə yaşlı (16 aylıq) olub. 12 gün ərzində heyvanlar gündə 100 mq 1-MX (insan dozasına ekvivalent) qəbul ediblər.

Nəzarət qrupu ilə müqayisədə gənc siçovullarda platformanın tapılmasına sərf olunan vaxt 39%, yaşlı siçovullarda isə 27% azalıb.

Biokimyəvi analiz də 1-MX-nin beyinə kompleks təsirini aşkarlayıb. Məlum olub ki, bu birləşmə asetilkolin, dopamin və GABA kimi nörotransmitterlərin səviyyəsini artırır. O, həmçinin neyronların böyüməsini təşviq edən neyrotrofik amil BDNF-ni artırır, antioksidant fəaliyyəti gücləndirir və Alzheimer xəstəliyi ilə əlaqəli olan beta-amiloid səviyyəsini azaldır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ