arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Ziyalılıq və dostluq təcəssümi..

Ziyalılıq və dostluq təcəssümi..


Konfutsi: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.


İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığı illərə, tutduğu əməllərə görə peşman deyilsə, deməli, o, xoşbəxt adamdır. Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Bərdə rayon E. Əsədov adına Terkmən kənd tam orta məktəbin direktoru Həsənova Nərgiz Əhməd qızı da belə maraqlı ömür sahiblərindən biridir…

“Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Ziyalılıq və dostluq təcəssümi..
Ziyalılıq və dostluq təcəssümi..

Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı vəzifələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Belə insanlar üçün müdriklər nahaq deməyiblər: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Yazımızın bu yerində Həsənova Nərgiz Əhməd qızının tərcümeyi-halını oxucularımızla bölüşməyi özümüzə borc bilirik:

Həsənova Nərgiz Əhməd qızı Bərdə rayonunda ziyalı ailədə anadan olmuşdur. 1981-ci ildə Bərdə rayon Elgiz Kərimov adına tam orta məktəbin birinci sinfinə qəbul olunub, 1992-ci ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. 1992-ci ildə H.Zərdabi adına GDPU-nin ibtidai təhsilin metodikası və pedoqogikası fakültəsinə qəbul olmuşdur. 1997-ci ildə Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. 2006-cı ildə Bərdə şəhər 8 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. 2009-cu ildə Müəllimlər İnstitutu tərəfindən qabaqcıl təcrübəsi ölkə səviyyəsində yayılıb. İnstitun xətti ilə haqqında “Peşəsinin vurğunu” kitabı çap olundu. 2011-ci ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ilin oktyabr ayında cənab prezidentimiz İlham Əliyevin fərmanı ilə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. 2012-ci ildə 2 dərslik müəllifi olmuşdur. 2016-cı ildə isə Təhsil Nazirliyinin bölgəmizdə keçirdiyi “Ustad müəllim” müsabiqəsinin qalibi olmuşdur. Respublika Bilik Fondunun üzvü seçilmişdir. Elmi məqalələri müxtəlif qəzet və jurnallarda dərc olunub. “İbtidai siniflərdə motivasiya” kitabının müəllifidir, 5 (beş) kitaba rəy vermişdir. 100 dən artıq məqaləsi qəzet və jurnallarda çıxıb. Azərbaycan dilində “Didaktik materiallar” kitabının müəllifi olmuşdur. 2023-cü ildə direktorların işə qəbul imtahanında uğur qazanaraq Bərdə rayon Xanağalı kənd tam orta məktəbə direktor təyin olunmuşdur. 2024-cü ildə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbə yerdəyişmə etmişdir. Hazırda bu məktəbin direktorudur.
Oğlu Həsənli Fəridbəy İsmayıl oğlu Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib Müdafiə Nazirliyində işləyib, müharibə veteranıdır. Zabit kimi şərəflə xidmət edir.
Qızı Həsənli Fəridə İsmayıl qızı Ağdam Musiqi kollecinin fortopiano fakültəsini bitirib.

Ziyalılıq və dostluq təcəssümi..
Ziyalılıq və dostluq təcəssümi..

Bütün fəaliyyəti boyu dövlətə, dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna dönməz sadiqliyi və prinsipial mövqeyi ilə seçilmişdir.

Nərgiz Həsənovanın ailəsi doğulduğu kənddə və yaşadıqlqrı şəhərdə və onları tanıyanlar arasında yüksək nüfuza malikdirlər. Onlara bu nüfuzu qazandıran hər zaman çətinlikdə və ehtiyacı olan tanıdıqları insanların yanında olmaları və əllərindən gələn köməyi göstərmələridir. Dəyərlərimizə sadiq, qayıkeş və gözəl ailə başçısıdır. Nərgiz timsallı insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını vətənə, xalqa ləyaqətlə xidmətdə görən bu cür insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar, - desək səhv etmərik. Söhbətlərimizdən, uzun illərin tanışlığı və dostluğu nəticəsində öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur. ..


… ağ yolun bəmbəyaz müdriklik təcəssümü…

Ziyalılıq və dostluq təcəssümi..
Ziyalılıq və dostluq təcəssümi..

Həyatını, elmini, müəllimliyini xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur.
Həyat sürətlə ötüb keçir, bir də gözünü açırsan ki, yaşadığın illər arxada qalıb, bir an kimi ötüb keçib. Əsas odur keçdiyin yola nəzər salanda qürurlanmağa, özünə təsəlli verib ruhunu pərvazlandırmağa nələrsə olsun. Bu mənada, haqqında ürək dolusu söz açdığım dostum Nərgiz Həsənova da yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil olub.

Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə…

Həyatını və fəaliyyətini xalqının səadətinə həsr etmiş, könlü tox, büllur kimi saf düşüncələri ilə insanların yoluna işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadan İbrahim müəllimin ömür yolu haqqında böyük bir dastan yazmaq olar.
“Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. Bu sözlərin müəllifi məşhur rus yazıçısı və həkim A.P. Çexovdur. O, bu sözləri elə bil Nərgiz xanım timsallı insanların ünvanına söyləmişdir.

Nərgiz xanım öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifələrə yiyələnən Nərgiz Həsənova bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır.

O öz işinin əsl peşəkarıdır.

Ziyalılıq və dostluq təcəssümi..

O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən, eləcə də vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.

O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi qabiliyyətə malik istedad sahibi kimi də hörmət qazanıb. Prezident İlham Əliyevdən nümunə götürən Nərgiz xanımın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. Ona ümidlə müraciətə edən hər kəsə maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Onun təcrübəsinə istinadən deyə bilərik ki, Nərgiz xanım öz işinin əsl peşəkarıdır.

Ziyalılıq və dostluq təcəssümi..

O, hər zaman dövlətə, dövlətçiliyə, xalqa, millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şükürlər olsun ki, həmin tendensiya bu gün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o, hər zaman işinin öhdəsindən layiqincə gəlib, həm rəhbərliyin, həm də böyük ülfət bağladığı kollektivin rəğbətini qazanıb. O, hər zaman, bir rəhbər kimi, öz işində prinsipial, qətiyyətli və dürüst mövqe tutub.

Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Nərgiz xanıma təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Sonda nə demək istərdim? Söz düşəndə Nərgiz xanım onu da deyir ki, ömrünün qazancları içərisində ən çox fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. O, vaxtilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb. Ailədəki səmimiyyət uşaqlarına da sirayət edib…

Ziyalılıq və dostluq təcəssümi..

Amma Nərgiz xanım qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, yorulmaz fəaliyyəti və millət qarşısında danılmaz xidmətləri ilə cəmiyyətimizdə baş tutan hər bir tədbirə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə O özü oldu.

Ziyalılıq və dostluq təcəssümi..

Onun gördüyü işlər, xeyirxah məqsədi, savab əməlləri bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir. Həm də ölkəmizdə həyata keçirilən quruculuq tədbirləri onun fəal iştirakı ilə tarixi keçmişimizə şahidlik edir.

Ziyalılıq və dostluq təcəssümi..

Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram. Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ