arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK

İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏKBirinci mərhələ başa çatdıqdan sonra növbəti əsas mərhələyə - "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək "Nizami" stansiyasını birbaşa "Cəfər Cabbarlı" stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin Bakı metropolitenində xətlərin ayrılması istiqamətində başlanılan kompleks tədbirlərlə bağlı yaydığı məlumatda bildirilib.

Bildirilib ki, birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ