arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

DİN təcili çağırış etdi: Vətəndaşların 87067 manatını taladılar

DİN təcili çağırış etdi: Vətəndaşların 87067 manatını taladılar



Xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kiber məkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.

Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20000, 17000, 16000, 15000, 7800, 4650, 2538, 1006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var" - DİN-in xəbərdarlığında deyilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ