arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

"İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaq

"İnstagram"da yeniyetmələrə canlı yayım qadağası - Bu icazə şərt olacaqSosial media nəhəngi Meta yeniyetmələrin onlayn təhlükəsizliyini artırmaq məqsədilə Instagram platformasında ciddi yeniliklər tətbiq edir.

Yeni qaydalara əsasən, 16 yaşdan kiçik istifadəçilər valideynlərinin icazəsi olmadan Instagram-ın Canlı yayım funksiyasından istifadə edə bilməyəcəklər.

Onların "strim" apara bilməsi üçün valideynlərinin razılığı tələb olunacaq.

Bundan başqa, onların ismarıcda göndərdiyi fotoşəkillərdə alqoritm çılpaq təsvir aşkarlayacağı təqdirdə, onlara avtomatik olaraq "blur" (bulanıq təsvir) effekti veriləcək və onun deaktivasiyası üçün də valideynin icazəsi lazım gələcək.

Meta bildirib ki, hazırda Instagram yeniyetmə hesablarından dünya üzrə 54 milyon 18 yaşdan kiçik istifadəçi yararlanır. Bu istifadəçilərin 90%-dən çoxu standart məhdudiyyətlərə riayət edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ