arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

DYP-dən həftə sonu ilə bağlı MÜRACİƏT

DYP-dən həftə sonu ilə bağlı MÜRACİƏTBaş Dövlət Yol Polisi İdarəsinin həftə sonu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Həftə sonlarında əhalinin istirahət məkanlarına üz tutması, ailəvi ziyarətlərin və müxtəlif kütləvi tədbirlərin sayının artması ilə əlaqədar olaraq respublika yollarında nəqliyyat vasitələrinin hərəkət intensivliyində ciddi artım müşahidə olunur. Bu halda, yol hərəkəti qaydalarına riayət edilməməsi və diqqətsizlik qəza riskini əhəmiyyətli dərəcədə artırır. Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə sürücülərə və piyadalara müraciət edərək, hər kəsi diqqətli olmağa və qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Sürücülərin diqqətinə çatdırılır:

* Nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamadan yola çıxmayın.
* Sürət həddinə ciddi əməl edin və ara məsafəsini qoruyun.
* Piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaldın və piyadalara üstünlük verin.
* Sükan arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadə etməyə yol verməyin.

Piyadalara xatırlatma:

* Yolu yalnız müəyyən edilmiş keçidlərdən istifadə edərək keçin.
* Mobil telefondan və qulaqcıqlardan istifadə etməkdən çəkinin.
* Yolun hərəkət hissəsini keçərkən sürücülərlə göz təması yaradaraq hərəkətin təhlükəsizliyinə əmin olun.

Qəzaların qarşısını almaq üçün hər bir hərəkət iştirakçısından maksimal dərəcədə diqqət və məsuliyyət tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsi hər kəsə təhlükəsiz və qəzaların baş vermədiyi həftə sonu arzulayır".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ