arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu il nə qədər ipoteka krediti verilib?

Bu il nə qədər ipoteka krediti verilib?

Bu ilin birinci rübündə Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 124,9 milyon manat məbləğində 1251 ipoteka krediti rəsmiləşdirilib ki, onun da 41,9 milyon manatı (508 kredit) güzəştli ipoteka kreditlərinin payına düşüb.

Bu barədə Fonddan bildirilib.

Ümumilikdə, 2006-cı ildən indiyədək Fondun vəsaiti hesabına 3,4 milyard manatdan çox ipoteka krediti verilib ki, onun da 988,5 milyon manatı güzəştli ipoteka kreditləridir. Verilmiş kreditlər hesabına 53 829 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 31 mart 2025-ci il tarixinə Fond tərəfindən ümumilikdə 107,4 milyon manat məbləğində 1 211 sayda zəmanətli ipoteka krediti verilib.

Dövr ərzində ipoteka bazarında müvəkkil banklar arasında rəqabət mühitinin gücləndirilməsi davam etdirilib, ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin illik 8% müəyyən olunmasına baxmayaraq, bir sıra banklar tərəfindən daha aşağı faiz dərəcələri ilə ipoteka kreditlərinin verilməsi davam etdirilib. Nəticədə, 2025-ci ilin ilk rübü ərzində adi ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,5 % təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ