arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz - açıqlama

Hərbi xidmətə yararsız olanlar bu sahələrdə çalışa bilməz - açıqlama

Hərbi xidmətə yararsız insanları ən çox narahat edən məsələlər sırasında gələcəkdə fəaliyyət göstərmək istədikləri sahələr dayanır.

Bəs sözügedən şəxslər hansı sahələrdə çalışa bilməzlər?

Mövzu ilə bağlı danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, bu həmin şəxsin hansı səbəbdən hərbi xidmətə yararsız hesab edilməsindən asılıdır:

"Bir qayda olaraq həmin şəxslər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərə bilməzlər. Çünki burda fiziki imkanlar tələb olunur, yararsız sayılan şəxslər əlbəttə ki, sözügedən sahədə çalışa bilməzlər" - deyə o, bildirib.

Sahib Məmmədov əlavə edib ki, hansısa sahədə əlilliyi olan şəxs də təbii ki, bəzi sahələrdə işləyə bilməz:

"O baxır əlillik dərəcəsinə və işləmə qabiliyyətinə... Ancaq, bir qayda olaraq qeyd edilənlərdən əlavə digər sahələr üzrə ciddi məhdudiyyətlər yoxdur".

  • Sosial şəbəkədə paylaş