
Hər iki əsgərin ölümü ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlayıb, intensiv istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər R.Həmidov və əsgər Ə.İmanov Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşüblər. Martın 21-də onların nəşi tapılıb.
Rüstəm Həmidov Bərdə şəhərində, Əli İmanov isə Sabirabadın Muğan Gəncəli kəndində dəfn olunub.