Sizin reklam burada
Sizin reklam burada

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ



Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Bu barədə agentlikdən məlumat verilib.

Xəbərdarlığa əsasən, bu gün axşamdan Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3-4 m, sonrakı inkişafda isə 4-6 m. çatacağı proqnozlaşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ