


















İsmayıllı Rayon Təhsil Sektoru və Azad Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral-Gənclər Gününə həsr edilən tədbir və müəllimlərdən ibarət komandalar arasında Nə? Harada? Nə zaman? adlı intellektual müsabiqə keçirilib.
Tədbir və müsabiqədə İsmayıllı Rayon Təhsil Sektorunun, ATİAHİ-nin İsmayıllı Rayon Komitəsinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəhbərliyi, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişdir.
Tədbirin sonunda fərqlənən gənc müəllimlərə, intellektual oyunun sonunda isə qalib komandaların üzvlərinə Fəxri Fərman, Diplom və hədiyyələr təqdim edilmişdir.
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #2Fevral #GənclərGünü #Tədbir