
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onlardan 1985-ci il təvəllüdlü (qadın cinsli) şəxsə aşağı ətrafın qapalı travması, 2014-cü il təvəllüdlü (qadın cinsli) azyaşlıya isə aşağı ətrafın sıyrılmış-deşilmiş yarası diaqnozları təyin olunub.
"Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib və tibb müəssisəsinin Cərrahiyyə şöbəsində müalicələri davam etdirilir.
Hazırda hər ikisinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, yanvarın 31-də Ağcabədidə əl qumbarası partlayıb. Hadisə rayonun Hindarx qəsəbəsində baş verib. Nəticədə 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.