arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Baş prokuror: "2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb".

Baş prokuror: "2024-cü ildə ölkə üzrə qeydə alınan cinayətlər azalıb"."2024-cü ildə ölkədə 33 379 cinayət qeydə alınıb".

Bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3 432 (9.3%) fakt cinayət az qeydə alınıb.

Həmçinin əlavə edilib ki, 2024-cü ildə ölkə ərazisində 33 379 cinayət qeydə alınmaqla onların 87.6 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 17 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1 086-sı prokurorluq orqanlarında istintaq edilib:

"Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 928 şəxs barəsində 735 cinayət işi, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 14 983 şəxs barəsində 13 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ