Sizin reklam burada
Sizin reklam burada

Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir

Alimdən şok açıqlama: Çoxarvadlılığın İslama dəxli yoxdur, ərəb ənənəsidir

Müsəlmanlar arasında yayılan çoxarvadlılıq sırf ərəb ənənəsidir.

Bunu İslam kulturoloqu İldar Albekov "Ridus" ilə söhbətində qeyd edib.

Onun sözlərinə görə, Ərəbistanda bu ənənə hələ cahiliyyə dövründə (İslamdan əvvəlki dövr) mövcud olub.

“Qəbilələr tez-tez bir-biri ilə ziddiyyət təşkil edirdi. Kişilər arvadlarını qoyub döyüşlərə gedirdilər və ölürdülər. Nəticədə qadınların sayı kişilərdən çox olurdu. Dul və yetimlərin qorunub saxlanması üçün onlar bu ənənəni məhz o zaman ortaya atıblar”, - deyə İslam alimi bildirib.

Albekov vurğulayıb ki, bu səbəbdən Ərəbistanda fahişəlik praktiki olaraq yoxdur.

Ərəblər İslamı qəbul etdikdən sonra bu ənənə ləğv edilmədi, lakin müsəlmanlara dörddən artıq arvad almağa icazə verilmədi və oğullar atalarının arvadlarını ala bilməzdilər. Lakin İslamın yayıldığı bir çox ölkələrdə, o cümlədən Rusiyada çoxarvadlılıq yekdilliklə qəbul olunmadı.

“Düzünü desəm, Rusiya Müsəlmanları Ruhani İdarəsi dini çoxarvadlılığa icazə verən fətva dərc edəndə çox təəccübləndim. Əgər çoxarvadlılıq Quranda varsa, bu, qadağan edilə bilməz. Bağışlayın, amma bu cəfəngiyatdır”, - kulturoloq deyib.

Moskvanın müftisi İldar Alyautdinov dekabrın 19-da bildirib ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası müsəlmanlara dördə qədər dini nikah bağlamağa icazə verib. O qeyd edib ki, ər-arvadın səhhətinə görə, reproduktiv yaşının bitməsinə və digər səbəblərə görə uşaq dünyaya gətirə bilmədikdə buna icazə verilir.

Bu, Rusiya Baş Prokurorluğunun fətvanın mövcud qanunvericiliyə zidd olduğunu bildirən reaksiyasına səbəb olub. Bundan sonra fətva geri götürülüb.

  • Sosial şəbəkədə paylaş