Sizin reklam burada
Sizin reklam burada

Yeni ili restoranda qarşılamaq neçəyə başa gəlir ?

Yeni ili restoranda qarşılamaq neçəyə başa gəlir ?

Yeni ili qarşılamaq hər keçən gün daha da baha başa gəlir, restoranlarda isə qiymətlər artmağa davam edir. Hər il olduğu kimi, restoranlar və kafe-barlar xüsusi menyular və şənlik proqramları ilə müştəriləri cəlb etməyə çalışır. Bayram gecəsi üçün qiymətlər, restoranın növünə, təklif etdiyi xidmətlərə və atmosferə görə müxtəliflik göstərir.

Bakıda bəzi restoranlarda depozit qiyməti artıb: bir nəfər üçün maximum qiymət 400, minimum isə 100 manatdır.

Sahibkarlar bildirirlər ki, qiymətlər həmişə belə olur. 10 yaşa kimi uşaqlar isə ödənişsizdir. Qiymətlərin nəyə əsasən dəyişdiyiniə gəldikdə isə, restoran sahibləri deyir ki, bu zalın ölçüsü, şou proqram və menyuya uyğun olaraq dəyişir.

Sadə restoranlarda və ailəvi kafelərdə Yeni il şənlikləri üçün qiymətlər adətən 100-150 manat arasında dəyişir. Bu cür məkanlar müştərilərə 3-4 yeməkdən ibarət xüsusi menyular təklif edir. Həmçinin, içkilər və bayram atmosferi də qiymətə daxil ola bilər.

Orta səviyyəli restoranlarda Yeni il gecəsi üçün qiymətlər 150-200 manat arasında dəyişir. Bu cür restoranlar daha zəngin menyular təklif edir: şampan, şirinliklər və xüsusi qəlyanaltılar yer alır. Bir çox restoranlar, bu gecə üçün xüsusi şoular və tədbirlər də təşkil edir, bu da qiymətə təsir edən amillərdən biridir.

Yüksək səviyyəli restoranlar və otel restoranlarında isə qiymətlər daha yüksəkdir. 300-400 manat arasında dəyişən qiymətlərə xüsusi şampan, premium içkilər, müğənni və ya DJ şouları kimi əlavə xidmətlər təklif olunur. Bu restoranlarda daha lüks menyular və müştərilərə yüksək xidmət təklif edilir.

Bir çox restoranlar Yeni il gecəsi üçün yerləri erkən rezervasiya edən müştərilərə xüsusi endirimlər təklif edir. Erkən sifariş verənlər həm yer ayıra, həm də daha əlverişli şərtlərlə bayram gecəsinə qatılmaq imkanı əldə edə bilirlər.

  • Sosial şəbəkədə paylaş