SƏDAQƏTLİ DOST OLMAĞI BACARAN ELƏ BİRCƏ SƏFƏR ƏLİRZAYEVİN ÖZÜDÜR
Konfutsi: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığı illərə, tutduğu əməllərə görə peşman deyilsə, deməli, o, xoşbəxt adamdır. Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Səfər Əlirzayev də belə maraqlı ömür sahiblərindən biridir…
“Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür"
Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı sahələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Belələri üçün müdriklər nahaq deməyiblər: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".
Yazımızın bu yerində Səfər Əlirzayevin tərcümeyi-halını oxucularımızla bölüşməyi özümüzə borc bilirik:
Səfər Cəfərəli oğlu Əlirzayev 23 mart 1973-cü ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan oImuşdur. Orta təhsilini Babək rayonundakı Nehrəm kənd məktəbində tamamladıqdan sonra Təfəkkür Universitetində ali təhsil almış və 2006-cı ildə Beynəlxalq hüqüq ixtisası üzrə bakalavr səviyyəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1992-ci ildən başlamış, təsis etdiyi müxtəlif şirkətlər Azərbaycanda iş həyatının müxtəlif sahələrində fəaliyyət göstərmişdir. 2002-ci ildən isə “Azərbaycanın Təmiz Texnologiyaları” MMC-nin təsisçisi olmuşdur. Hhazırda da bu şirkətə rəhbərlik edir.
Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Partiyanın təşkil etdiyi tədbirlərin böyük əksəriyyətində şəxsən iştirak etməklə, ona verilən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə icra etmiş, bu fəaliyyətinə görə müxtəlif vaxtlarda YAP-ın yerli təşkilarları onun əməyinə yüksək qiymətlər vermişdir. 15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci illərdə keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində fəal işrirak etmiş və partiya tərəfindən təşəkkürlər almışdır. Bütün fəaliyyəti boyu dövlətə, dövlətçiliyə və Heydər Əliyev siyasi kursuna dönməz sadiqliyi və prinsipial mövqeyi ilə seçilmişdir.
S.Əlirzayevin xüsusi qeyd olunmalı fəaliyyətlərindən biri şəhid ailələrinə və qazilərimizə göstərdiyi qayğı ilə bağlıdır. Naxcıvan Muxtar Respublikasındakı bütün şəhid ailələri onu hər zaman yanlarında olan himayədar kimi tanıyırlar. Şəhid ailələrinə münasibətdə yaşadığı Bakı şəhərində də aktivliyi ilə seçilir.
S.Əlirzayev biznes sektorunda iş adamı kimi fəaliyyətə başladığı vaxtdan etibarən müntəzəm olaraq ölkəmizdə rəsmi qeyd olunan bir çox tədbir və dini bayramda fəallıq göstərmiş, xeyirxahlıq missiyasını davam etdirərək ehtiyacı olan ailələrə müxtəlif yardımlar göstərmiş, 44 günlük Vətən Müharibəsi qazilərinin problemlərini diqqət mərkəzində saxlamış, bir müharibə əlilinə Qələbə bayramı münasibəti ilə minik avtomobil bağışlamışdır. 2020-ci ildə Müdafiə Nazirliyinin yardım Fonduna 100.000 manat, qardaş Türkiyədə zəlzələdən zərər çəkənlər üçün yaradılmış hesaba 500.000 TL vəsait köçürmuşdür.
S.Əlirzayevin özü və ailəsi doğulduğu kənddə və onları tanıyanlar arasında yüksək nüfuza malikdirlər. Onlara bu nüfuzu qazandıran hər zaman çətinlikdə və ehtiyacı olan tanıdıqları insanların yanında olmaları və əllərindən gələn köməyi göstərmələridir. Bir qayda olaraq doğma Nehrəm kəndinin sakinləri üçün hər il Ramazan bayramları ərəfəsində ehsan süfrələri təşkil etmiş, ehtiyacı olan ailələrə bayram sovqatları paylamışdır.
Evlidir, yeddi uşağı var. Dəyərlərimizə sadiq, qayıkeş və gözəl ailə başçısıdır.
O, Naxçıvanın cazibəsindən çıxa bilmir
Səfər müəllim ömrünün çox hissəsini zəhmətə bağlayıb. Uşaqlığını ucu-bucağı görünməyən, bərəkətli Naxçıvanda, Ordubadda keçirib. Elə buna görə də Ordubad rayonu, bu guşənin hər yeri, hər daşı ona doğma və əzizdir. Qəlbində özünə əbədi ünvan tapmış Naxçıvan ata yurdu ilə nəfəs alan S.Əlirzayevin yüksəlişində, arzularının çiçəklənməsində mühüm rol oynayıb. Həyatının mənasını burada anlayıb, burada ailə qurub, ev-eşik sahibi olub, çoxlu dost tapıb. Bu səbəbdəndir ki, o, Naxçıvanın cazibəsindən çıxa bilmir, özünü bu gözəl məkandan ayrı təsəvvür etmir. Onun haqqında “sinəsi Naxçıvanla döyünür” desək, daha doğru olar.
Səfər timsallı insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını vətənə, xalqa ləyaqətlə xidmətdə görən bu cür insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar, - desək səhv etmərik. Söhbətlərimiz, uzun illərin tanışlığı və dostluğu nəticəsində öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur. ..
… ağ yolun bəmbəyaz müdriklik təcəssümü…
Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insan lar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi keyfiyyətidir. Düşünürəm ki, mənəviyyat, saflıq, sadəlik və əxlaqi dəyərlər insan dünyaya göz açanda onunla birlikdə doğulur.
Həyat sürətlə ötüb keçir, bir də gözünü açırsan ki, yaşadığın illər arxada qalıb, bir an kimi ötüb keçib. Əsas odur keçdiyin yola nəzər salanda qürurlanmağa, özünə təsəlli verib ruhunu pərvazlandırmağa nələrsə olsun. Bu mənada, haqqında ürək dolusu söz açdığım Səfər Əlirzayev yaddaşıma, ruhuma ağ yolun bəmbəyaz müdriklik təcəssümü kimi daxil olub.
Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə…
Həyatını və fəaliyyətini xalqının səadətinə həsr etmiş, könlü tox, büllur kimi saf düşüncələri ilə insanların yoluna işıq salan, halallıq və dürüstlük kimi dəyərləri öz şəxsiyyətində birləşdiriən, qəlbində böyük Azərbaycan ideallarını yaşadan Səfər müəllimin ömür yolu haqqında böyük bir dastan yazmaq olar.
“Cəmiyyətin ən şairanə və gülərüzlü şəxsiyyətləri olmaqla onlar həvəsləndirir, fərəhləndirir və nəcibləşdirirlər”. Bu sözlərin müəllifi məşhur rus yazıçısı və həkim A.P. Çexovdur. O, bu sözləri elə bil Səfər müəllim timsallı insanların ünvanına söyləmişdir.
Səfər müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən S.Əlirzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır.
O öz işinin əsl peşəkarıdır
O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən, eləcə də vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.
O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi qabiliyyətə malik istedad sahibi kimi də hörmət qazanıb. O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Səfər müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. Ona ümidlə müraciətə edən hər kəsə maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Onun təcrübəsinə istinadən deyə bilərik ki, Səfər müəllim öz işinin əsl peşəkarıdır.
O, hər zaman dövlətə, dövlətçiliyə, xalqa, millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şükürlər olsun ki, həmin tendensiya bu gün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o, hər zaman işinin öhdəsindən layiqincə gəlib, həm rəhbərliyin, həm də böyük ülfət bağladığı kollektivin rəğbətini qazanıb. O, hər zaman, bir rəhbər kimi, öz işində prinsipial, qətiyyətli və dürüst mövqe tutub.
Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Səfər müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.
Ömrünün qazancları içərisində ən çox fəxr etdiyi ailəsidir
Və sonda nə demək istərdim? Söz düşəndə Səfər müəllim onu da deyir ki, ömrünün qazancları içərisində ən çox fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. O, vaxtilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb. Ailədəki səmimiyyət uşaqlarına da sirayət edib…
Amma Səfər müəllim qədər bizə doğmalaşan, müdrik məsləhətləri ilə yolumuza işıq saçan, qayğıkeşliyi və isti nəvazişi ilə qəlbimizi ovunduran, yorulmaz fəaliyyəti və millət qarşısında danılmaz xidmətləri ilə cəmiyyətimizdə baş tutan hər bir tədbirə rəng qatan, xüsusən də, sədaqətli dost olmağı bacaran elə bircə o özü oldu.
Onun gördüyü işlər, xeyirxah məqsədi, savab əməlləri bu günümüz və gələcəyimiz üçün ibrət, həyat dərsidir. Həm də ölkəmizdə həyata keçirilən quruculuq tədbirləri onun fəal iştirakı ilə tarixi keçmişimizə şahidlik edir.
Ömür nərdivanının 55-ci pilləsinə doğru addımlamaqdadır. Maraqlı və mənalı 52 illik ömür Səfər Əlirzayev üçün artıq bir keçmişdir. Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram. Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.
Yusif MƏHƏMMƏDOĞLU