“Uber” və “”Bolt”da çalışan sürücülərin sifariş alması üçün həmin sürücünün AYNA-dan sertfikatı olmalıdır. Biz proqramla görə bilirik ki, taksi hansı nömrə ilə sifariş olunub və buna nəzarət edə bilirik.
Bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
Əgər icazəsi olmayan taksi sürücüsünə və nəqliyyat vasitəsinə sifariş ötürülürsə, biz həmin şirkəti 300 manatdan 20 min manata qədər cərimələyə bilirik. Bunu aşkarlaya da bilirik”, - deyə sədr qeyd edib.
Sədr, həmçinin taksi nəqliyyat vasitəsilə daşımalarda xidmət keyfiyyəti ilə bağlı suala cavab olaraq bildirib ki, AYNA tərəfindən mütəmadi olaraq taksi sifarişi operatorları ilə görüşlər keçirilir:
“Neqativ halların qarşısını almaq üçün onlara proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ AYNA tərəfindən nəzarətdə saxlanılır. Eyni zamanda, sərnişinlər taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Qaydalara riayət etməyən 5000-dən çox sürücü daşımalardan kənarlaşdırılıb”.