Sizin reklam burada
Sizin reklam burada

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır


5 Oktyabr- Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul olunub.

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilməyə başlanıb. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır.

Müəllim peşəsi tarixən cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü və nümunəvi əxlaqa malik insanlar yetişir.

Bu gün həyatımızın bütün sahələrində sürətlə inkişaf edən müstəqil ölkəmizin daha da gücləndirilməsində mühüm rol oynayan, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir. Eyni zamanda gənclərin vətənpərvər yetişməsində və milli ruhun aşılanmasında müəllimlərin əməyi danılmazdır.

Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə, müəllim əməyinə yüksək qiymət verərək demişdir: “ Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”.

Elm və təhsilin inkişafına diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin professor-müəllim heyətinin timsalında Azərbaycan təhsilinin uğurları üçün çalışan bütün müəllimləri ürəkdən təbrik edir, müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzulayırıq.


Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ