Sizin reklam burada
Sizin reklam burada

Narinin qətli ilə bağlı şok səs yazısı üzə çıxdı - Sirr açıldı

Narinin qətli ilə bağlı şok səs yazısı üzə çıxdı - Sirr açıldı

Türkiyənin Diyarbəkir şəhərində qətlə yetirilən 8 yaşlı Narin Güranın cinayəti ilə bağlı istintaq davam edir.

Cinayətin üstünü açacaq səs yazısı dosyeyə daxil edilib.

Bununla bağlı “Halk TV”nin müxbiri Ferit Demir açıqlama verib:

“Qətl hadisəsinin sirri açılıb. Hazırda təqsirləndirilən şəxslərdən birinin səs yazısı dosyeyə daxil edilib. Həbsdə olan şəxslər arasında Narinin əmisi Salim Güranın işçisi Ramazan Atasoy da var. Ramazan Atasoy Narin yoxa çıxandan sonra Salim Güranla telefonla danışıb. Həmin səs yazısında Salim Güran işçisi Ramazan Atasoydan “Ramazan, qızı öldümü?” deyə soruşur. Bu səs yazısından Narinin sağ-salamat Ramazan Atasoya təhvil verildiyi məlum olur. Eyni zamanda, etirafçı Nevzat Bəxtiyarla Ramazan Atasoyun bir yerdə olması da üzə çıxır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ