Sizin reklam burada
Sizin reklam burada

Ölkə miqyaslı dələduz Aynurəni müdafiə edən kimdir? Onlarla insanı aldadan və pullarını mənimsəyən Aynurənin arxasında kim durur?

Ölkə miqyaslı dələduz Aynurəni müdafiə edən kimdir? Onlarla insanı aldadan və pullarını mənimsəyən Aynurənin arxasında kim durur?

Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə və
Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
müraciət

Hörmətli cənab Baş Prokuror!
Hörmətli cənab Nazir!


Sizə bildirirəm ki, mənə qarşı dələduzluq edən şəxs Cəfərzadə Aynurə Rəvan qızıdır.
Məlumat üçün deyim ki, mən bu Aynurə adlı qadına iki tanışımın pensiya sənədlərinin düzəldilməsi üçün iki dəfə 5500( beş min beş yüz ) manat olmaqla 11000( on bir min) manat və sənədlərin elektron sistemə yüklənməsi üçün 2500( iki min beş yüz) manat pul vermişəm.
(Ramazanova Pərvanə Xanbala qızı və Aynur adında digər xanımdır.)
İlkin araşdırma zamanı Xanbalanın da qızının da və digər şəxslərin də əlaqə telefonlarını yazıb bildirəcəm. Xanbala Ramazanovdan qızı Pərvanəni göz xəstəliyi üzrə 2 ci qrup ömürlük əlillik düzəltməsi üçün 2023 - ci ilin aprel ayında 5500( beş min beş yüz manat) alıb. Halbuki güya 3 aya düzəldəcəkdir. Bundan başqa Xanbalanın bacısı oğlu Turalın da uşağına da güya qan xərçəngi ilə əlillik alacaqdır. O işin də pulunu 2023 ci ilin iyununda alıb. Aynur adlı şəxsin pulunu isə 5500( beş min beş yüz) 2023-ci ilin oktyabrında alıb. 3 aya düzələcəkdir güya. Amma artıq 1 ildir ki, o işi də düzəltməyib. Aynurun əri isə o pulu 1 günün içində bankdan götürüb verib. Artıq 1 ildir ki, bu dələduz- maşennik Aynurəyə görə insanlar banka faiz ödəyir. Bundan başqa qohumum- qardaşım oğlu İsgəndərov Arifdən iş üçün aldığı 1000( min manat, (daha dəqiqi 5 min manat idi 4 min manatını qaytarıb, 1 ildir min manatı qaytarmır).Üstündən aylar və 2 ilə yaxın müddət keçsə də bu yalançı və dələduz qadın məndən aldığı pulu geri qaytarmır. Hər gün bir yalan deyir, hər gün bəhanə tapır ki, pulu geri qaytarmasın. Telefon zənglərinə də günlərlə cavab vermir. Məlumat üçün deyim ki, həmin bu qadın 2023- ci ilin avqust ayında Nizami rayonu 25- ci polis əməkdaşları tərəfindən dələduzluğuna görə saxlanılmışdı. Və aldığım son məlumatlara Şabran və Siyəzən rayonlarında da bu dələduz haqqında cinayət işi başlanılıb. Bunun nə qədər doğruluğunu hüquq-mühafizə orqanları bilir. Görünən odur ki, bu qadının ilk dələduzluğu da deyil və son dələduzluğu da olmayacaq.
Bu gün daha bir xəbəri dəqiqləşdirdik ki, bu Aynurə adlı dələduz evində çörək yediyi Mehriban xanıma 5000( beş min manat) elektron sistemə sənəd yükləmək üçün alıb və bu günə qədər də nə sənədləri geri qaytarmır nə də pulu. Bundan başqa Aynurə Mehriban xanıma 6 nəfərin penisyasını düzəldəcəm deyib 18 min manatını da mənimsəyib. Bütün bu olanlar az imiş hələ deyir ki, mənim arxamda dayanan var. Kimsə mənə heçnə edə bilməz.( maraqlıdır elektron sistemə sənədləri pulnan yükləyirlər? Belə anlaşılır ki, Aynurənin dələduz ortaqları hələ çoxdur. Dövlət idarəsində işləyəsən və rüşvət alasan). Aynurənin Mehriban xanıma qarşı etdiklərinin və mənim yuxarıda adlarını qeyd elədiyim şəxslərə qarşı etdiyi dələduzluqlarının hər birinin isbatı var. Utanmadan hələ insanlara zəng edib hədə qorxu gəlir ki, məndən şikayət etsəniz öz adamıma deyəcəm sizi məhv eləsin. Bu dələduzun adamı kimdir belə ki, hamını hədələyir? Düşünmür ki, ölkədə qanunlar işləyir və bu dələduz da haqqını alcaq.
Artıq mən ölkənin nüfuzlu bir ziyalısı olaraq bu dələduz qadının üzündən dostlarımla düşmən olmuşam. Hər gün bu qadına görə təhqirlərlə üzləşirəm. Ailəmi və uşaqlarımı narahat edirlər. Düşünürəm ki, bu Aynurə adlı dələduz qadının mənim kimi saf insanlara pensiya düzəltmək adıyla atdığı məbləğ bu yazdıqlarımdan qat- qat çoxdur. Geniş araşdırma aprılmasını xahiş edirəm. Tək Aynurə deyil, Göz Xəstəxanasında, Onkoloji Xəstəxanada, Kordioloji Xəstəxanada bununla əlbir olanlar da üzə çıxarılsın. Saxta və qanunsuz əməllər edənlər qanun qarşısında cavab versin.
Yazıb Sizdən xahiş edirəm ki, bu yalançı, fırıldaq qadın haqqında ciddi tədbir görəsiniz və mənə dəymiş ziyanın ödənilməsi üçün tapşırıqlarınızı verəsiniz. Bu cür insanlar cəmiyyətimiz və yaşamağımız və həyatımız üçün təhlükəlidir. Sonda sizə Aynurə adlı bu yalançının əlaqə telefonlarını yazıb, şəkillərini göndərirəm. Şikayətimi sübut eləmək üçün səs yazıları, görüntülər və yazışmalar da istintaqa veriləcəkdir.
P.S.
Müraciət bir çox internet saytlarında və portallarında, sosial şəbəkələrdə işıqlandırılıb.
Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.
Hörmətlə: Osmanlı Yusif Məhəmməd oğlu.
Öz əlaqə nömrəm:
055 257 78 43.

Aynurənin mömrələri:
070 801 02 19,
055 250 21 74.
+99410 313 93 14

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ