Sizin reklam burada
Sizin reklam burada

Siqaret avqustda yenə bu qədər bahalaşacaq

Siqaret avqustda yenə bu qədər bahalaşacaq





Türkiyədə avqust ayından etibarən siqaretlərdə yeni qiymət artımı olacaq.

Publika.az xəbər verir ki, bu barədə Satıcılara Yardım Dərnəyinin sədri Erol Dündar məlumat verib.

O, qatıldığı canlı yayımda artımın 4-5 lirə ( təxminən 20-25 qəpik) civarında olacağını bildirib.

Dündar mövcud artımların rəqabət səbəbindən tam əks olunmadığını və iyul ayında gözlənilən artımın 8-9 lirə (təxminən 40-45 qəpik) olması lazım olduğunu qeyd edib. Həmçinin o, bir siqaret qrupunda aşağı qiymət artımının digər markaların artımı təxirə salmasına səbəb olduğunu bildirib.

  • Sosial şəbəkədə paylaş