Sizin reklam burada
Sizin reklam burada

Sabah İmişli və Saatlının ümumilikdə 24 yaşayış məntəqəsində qaz kəsiləcək

Sabah İmişli və Saatlının ümumilikdə 24 yaşayış məntəqəsində qaz kəsiləcək


İmişli və Saatlı rayonlarının bir hissəsində iyulun 30-da qazın verilişi dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, "İmişli 1" ölçü qovşağından qidalanan PE-315 mm-lik daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar olaraq, iyulun 30-u saat 09:00-dan etibarən, işlər yekunlaşana qədər İmişlinin rayon mərkəzi, 20 kənd, 2 qəsəbəsində (17 969 abonent), həmçinin, Saatlı rayonunun bir kəndində (224 abonent) "İmişli 1" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Sosial şəbəkədə paylaş