arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Bu mərkəzi küçə avqustun sonuna qədər bağlanır

Bu mərkəzi küçə avqustun sonuna qədər bağlanır



Tramvay yollarının təmiri ilə əlaqədar Sankt-Peterburq şəhərinin Sadovaya küçəsi boyunca hərəkət məhdudlaşdırılacaq.

Publika.az “Rosbalt”a istinadən xəbər verir ki, avqust ayı ərzində Sankt-Peterburqun mərkəzindəki Sadovaya küçəsi bağlanacaq. Dövlət İnzibati-Texniki Müfəttişliyindən bildirilib ki, tramvay relslərinin təmiri ilə əlaqədar küçə boyu hərəkət məhdudlaşdırılacaq.

Qeyd olunub ki, yeni məhdudiyyətlər iyulun 29-dan avqustun sonuna kimi qüvvədə olacaq.

Belə ki, avqustun 27-dək Sadovaya küçəsi ilə Nevski prospektindən İnjenernaya küçəsinə qədər, İnjenernaya və İtaliya küçələri ilə kəsişmələr də daxil olmaqla avtomobillərin hərəkəti tamamilə bağlanacaq. Eyni müddətə məhdudiyyətlər Sadovaya ilə Nevski prospektinin kəsişməsində və Qriboyedov kanalının sahili boyunca - Konyuşennaya meydanından Nevski prospektinə qədər ikitərəfli hərəkətin təşkili ilə də tətbiq olunacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ