Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda şəkər dərmanları yoxa çıxıb: Komitə üzvü “xəbərimiz yoxdur” deyir

Azərbaycanda şəkər dərmanları yoxa çıxıb: Komitə üzvü “xəbərimiz yoxdur” deyir


Maraqlıdır ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri hələ məsələdən xəbərsizdirlər. Millət vəkili Kamilə Əliyeva bildirib ki, problem barədə məlumatsızdır. “Şəxsən mənə bununla əlaqədar heç bir müraciət daxil olmayıb”, - deyə millət vəkili bildirib.

Millət vəkili Müşfiq Məmmədlinin köməkçisi “Mövzu ilə bağlı TƏBİB-lə əlaqə saxlamağınız daha məqsədə uyğundur”, - deyə bildirib.

“Bu o demək deyil ki, dərman yoxdur”

Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova dərmanların verilməsində fasilə olduğunu təsdiqləyir: “Ancaq bu o demək deyil ki, dərman yoxdur. Burada keçid məsələsi var. Əvvəllər tibb müəssisələrini dərmanla İcbari Tibbi Sığorta təmin edirdi. İndi bu təminat TƏBİB-ə keçib. Ola bilsin ki, sənədləşmə və s. məsələlərə görə fasilə yaranıb”.

Dərman preparatları normadan artıq gətirilməlidir

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə problemi dövlət satınalmaları üzrə özəl şirkətlərlə dövlət müəssisələri arasında yaşanan problemlərlə izah edir: “İstər şəkər dərmanları olsun, istərsə də müxtəlif tibbi avadanlıqların alınması ilə bağlı bütün tenderlərin qalibi özəl şirkətlər olur. Onların həmin tenderdə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmələri üçün müəyyən maliyyə yubantıları baş verir. Yəni dövlətin həmin vəsaiti qarşılamasında yubanmalar olur. Təchizat və təminat statistik məlumatlar əsasında, ölkədə nə qədər şəkər xəstəsi varsa, ona uyğun qurulmalıdır. Onların təminatını qurmaq üçün dərman preparatlarının ölkəyə gətirilməsi bir qədər də normadan artıq olmalıdır ki, həmin dövrdə xəstələri təmin etmək mümkün olsun”. Ekspertin sözlərinə görə, şəkər xəstələrinin sayı hər il artır: “Tutaq ki, statistik məlumata görə, bu gün şərti olaraq 10 min şəkər xəstəsi vardısa, ilin sonuna qədər bu rəqəm artır. Yeni qeydiyyatdan keçənlərin hesabına, məsələn, 11 min olur. 10 min xəstə üçün gətirilən dərmanı məcburdurlar ki, 11 min xəstəyə paylasınlar. Şəkər xəstəliyinin yaşı cavanlaşdığına görə, yeni növbəyə duran diabet xəstələrinin sayı ilə dünyasını dəyişmiş xəstələr arasında xeyli fərq var. Bu, planlaşdırma zamanı nəzərə alınmır”. İ.Hüseynli hesab edir ki, problemin yaranmasında alışı həyata keçirən şirkətə maliyyə ödənişlərinin gecikməsi, zavodların təchizatında problem, qiymətlərin şişirdilməsi, korrupsiya halları, manipulyasiyalarla bağlı faktorlar rol oynayır: “Regionlardan tutmuş mərkəzə qədər elə dəqiq koordinasiya qurulmalıdır ki, bütün qeydiyyata duran xəstələrin məlumatları açıq bazada olsun. Proqnoz və kommunikasiyalar düzgün aparılmalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ