Sizin reklam burada
Sizin reklam burada

Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq

Bu ərazilərə qar yağacaq, yollar buz bağlayacaq



Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti mlumat yayıb.

Bildirilib ki, gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ