Sizin reklam burada
Sizin reklam burada

Binə qəsəbəsində silahlı şəxs saxlanılıb

Binə qəsəbəsində silahlı şəxs saxlanılıb
Binə qəsəbəsində silahlı şəxs saxlanılıb
Binə qəsəbəsində silahlı şəxs saxlanılıb




Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Binə qəsəbəsində keçirilən növbəti tədbir nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rəşad Həsənov saxlanılıb. Ondan 1 ədəd “Naqan” tipli tapança aşkar olunaraq götürülüb. Araşdırmalar davam etdirilir.
Həmçinin, Şöbə əməkdaşlarının vətəndaşlar arasında son günlər apardıqları profilaktik söhbətlərlə ümumilikdə 5 ədəd ov tüfəngi də könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

19 yanvar 2024-cü il

  • Sosial şəbəkədə paylaş