Sizin reklam burada
Sizin reklam burada

Şuşa və Suqovuşana səfər edənlərin təhlükəsizliyi belə nəzarətdə saxlanılır - VİDEO

Şuşa və Suqovuşana səfər edənlərin təhlükəsizliyi belə nəzarətdə saxlanılır - VİDEO


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən bayram günlərində Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər davam etdirilir, bütün xüsuslar nəzarətdə saxlanılır.

Publika.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gedişinə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edilir. Belə ki, fərdi minik avtomobilləri ilə səfər edən və müvafiq portaldan (www.yolumuzqarabaga.az) qeydiyyatdan keçən vətəndaşların Şuşa şəhərinə səfəri Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilən marşurut üzrə təşkil edilir.

Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunur.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ