Sizin reklam burada
Sizin reklam burada

Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb
Göyçayda vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan saxladıqları 6 tüfəng aşkar edilərək götürülüb.
Cari il ərzində isə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı 2-si tapança, 1-i yivli “TOZ-8”, 33-ü isə ov tüfəngi olmaqla ümumilikdə 36 odlu silah götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin 36 silahdan 5-ini vətəndaşlar könüllü şəkildə polisə təhvil veriblər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ