Sizin reklam burada
Sizin reklam burada

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı


Ölkə ərazisində dekabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ