Sizin reklam burada
Sizin reklam burada

Mənə qalan söz oldu...

Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Düz deyir Vallah, ona qalan elə söz oldu. Bu dünyada ona qalası ən böyük sərvət elə söz idi ki, o da nəsibi oldu. Sözdən böyük olan Allahdır. Allah özündən kiçik ən böyük sərvəti ona-Bəhruz qardaşımıza nəsib elədi. Daha dəqiq onu demək istəyirəm ki, bu dünyada Bəhruza qalan ən böyük sərvət Söz oldu!
Bəhruz!
20 ildən çoxdur Azərbaycan oxucusuna tanışdır bu imza. Həm jurnalist kimi, həm də şair kimi. Bu rəsmi bir statistikadır. Amma mən Bəhruzu min ildir tanıyıram. Yox, bunu səhv dedim. Bəlkə də bəşər yaranandan tanıyıram. Çünki söz yaranıb və bu sözü məhz bu gün yaşatmaq missiyası seçilmişlərdən biri olan Bəhruza da qismət olub. Bu günümüzlə baxsaq hər bir insana lazım olanlar Bəhruzda da var. Təhsil, iş, ailə və övladlar. Çox şükür ki, var! Amma hamıya nəsib olmayan digər böyük varlıq ki, var, bax o Böyük varlıq olan Söz Bəhruzun nəsibi oldu. O sözə büründü! O sözlə yaşadı! Və sözü yaşatmağı bacardı! Sözü layiq olduğu ucalıqda tutdu.
Bəhruz payızda dünyaya gəlib. Elə mən də Bəhruz qardaşım haqqında ürəyimdən süzülüb gələn sözləri türklər demiş "kaderimizin şehiri" olan Bakıda bir yağmurlu payız günündə yazıram. Yazıram deyirəm, siz mənim Bəhruzla danışdığımı düşünün. Belə də düşünə bilərsiniz: iki qardaş oturub söhbətləşirik. Dərdləşmək yazmıram ki, dərd adlı lazımsız nəsnə hər zaman bizdən uzaq olsun. Başqa tərəfdən yanaşsaq balaca qardaşın böyük qardaşına arzuları kimi də qəbul edə bilərsiniz. Mətləbdən uzaqlaşmayım..
Bəhruzdan danışırdım axı... Bizim Bəhruzdan. Hələ təhsil aldığı institutun 1-ci kursunda təhsilini yarımçıq qoyub Vətənin çağırışına yüyürən və ömrünün 7 ilini Vətən üçün uf da demədən fəda edən Bəhruzdan. Şeiriyatımızın Musa Dədəsi olan Böyük Musa Yaqub ocağından-Buynuzda doğulub, sözə bükülüb ömrünü ağ vərəqlərə yazan Bəhruzdan!
Biz onu elə payız vaxtı doğulduğu üçün "Xəzan yarpağı" ilə sevmişdik. İllər öncə özünün söylədiyi və ya mənim sevərək oxuduğum "Xəzan yarpağı" şeiri ilə tanıdım və sevdim Bəhruzu. Onu şair kimi qəbul etmək üçün elə bir misrası da bəs edir. Artıq onun özünü tanıtmağa ehtiyac yoxdur. Çünki o Şairdi! Çünki, o elə Sözün özüdür! Böyük Musa Yaqub məktəbin ən laiqli yetirməsidir Bəhruz! Xəmri sözlə yoğrulan insan elə Şair olmalıdır. Bu bir aksiomadır və isbata ehtiyacı da yoxdur. Payızın bu gah yağıb gah da dayanan havası kimi mənim də fikirlərim dolaşıq düşür. Hardan və nədən danışırdım hara və nəyə gəlib çıxdım...
Bəhruzdan danışırdım axı. Bəhruz qardaşımın elə bu yubileyi ərəfəsində "Xəzan yarpağı" adlı kitabı da işıq üzü gördü.( Bu haqda sonra daha geniş yazacam.)
Bu gün mənim başı qarlı Uca Babadağımız kimi ağ saçlı, vüqarlı, əzmli qardaşımın 50 yaşı tamam olur. Bir insan üçün 50 illik ömür təbii ki, çox azdır. Mənim Bəhruzla dostluğumun, qardaşlığımın ömrünün bundan sonra daha bir neçə 50 il olmasını arzulayıram. Şair üçün 50 yaş nədir ki? Bəhruz hələ bundan sonra ən azı 50 il də yaşamalıdır ki, ürəyində övladları üçün və Söz üçün yaşatdığı arzuları gerçəkləşdirsin. Söz qədər uca olan qardaşım Bəhruz haqqında daha çox və daha geniş yazmaq istərdim. Düşündüm ki, hamısını indi yazsam bəs 60-da, 70-də və 100- də nə yazacam?
Dəyərli qardaşım! Mənim Söz qardaşım!
Mənim Payız qardaşım!
Mənim Xəzan qardaşım!
Mənim Tale qardaşım!
Qardaşım! Qardaşım! Qardaşım!
Səni hər zaman belə saf, güləriz və məğrur görmək arzusu ilə, qardaşların Xeyrulla Ağayev, Təranə Cəbiyeva, Daşdəmir Əjdəroğlu adından təbrik edirəm! 50 ilinin 50-i də mübarək!
Eşqlərimlə: kiçik qardaşın: Yusif Məhəmmədoğlu

Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...
Mənə qalan söz oldu...

  • Sosial şəbəkədə paylaş