Sizin reklam burada
Sizin reklam burada

Dövlət bu şəxslərə “putyovka” verəcək - Yenilik

Dövlət bu şəxslərə “putyovka” verəcək - Yenilik


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında işləməyən qazilər və şəhid ailələrinə pulsuz “putyovka”dan (müalicəvi sanatoriyalara göndərişnamə) istifadə etmək imkanının yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif etdim.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən, dövlət vəsaiti hesabına “putyovka”lar işləyən vətəndaşlara təqdim olunur:

“Bu baxımdan, qanunvericiliyə dəyişiklik edilməsi və qazilərimiz və şəhid ailələrinin üzvlərinə işləmədikləri halda da belə hüququn verilməsinə ehtiyac var. Qazilərimiz və şəhid ailələrinin üzvləri dövlətin prioritet dəstəklədiyi vətəndaşlarımızdır. Buna görə də, məqsədəuyğun olardı ki, qanunvericiliyə bununla bağlı daha qısa zamanda dəyişiklik olsun”.

“Qeyd edim ki, bu təklif Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də dəstəkləndi və bu dəyişikliyin yaxın müddətdə reallaşması mümkündür”, - deyə millət vəkili əlavə edib.

  • Sosial şəbəkədə paylaş