Sizin reklam burada
Sizin reklam burada

KTM: İyulda zəhərlənən 658 nəfərdən altısı ölüb

KTM: İyulda zəhərlənən 658 nəfərdən altısı ölüb



İyul ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 658 nəfər müraciət edib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 139-u Toksikologiya Şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Qəbul olunan xəstələrdən 75-i dərmandan, 26-sı sirkə turşusundan, 10-u etanoldan, biri dəm qazından zəhərlənib. Digərlərindən altısı allergik reaksiyadan, biri isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin, onlardan 17-ni ilan, üçünü isə həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən altısı dünyasını dəyişib. Onlardan beşi kişi, biri qadın olub. Ölüm halının üçü sirkə turşusundan, üçü isə dərman zəhərlənməsindən baş verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ