Sizin reklam burada
Sizin reklam burada

Qubada və Şəmkirdə kişi meyitləri tapılıb

Qubada və Şəmkirdə kişi meyitləri tapılıb
Qubada 47 yaşlı kişinin meyiti tapılıb.

APA xəbər verir ki, Barlı kənd sakini, 1976-cı il təvəllüdlü Niyət Qədirovun meyiti yaşadığı evin həyətindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Onun intihar etdiyi ehtimal olunur.

Şəmkirdə də rayon sakini, 1969-cu il təvəllüdlü Zahid Qasımov yaşadığı evdə taxta mildən kəndirlə özünü asaraq intihar edib.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ