Sizin reklam burada
Sizin reklam burada

Bakı metrosunda qatarların hərəkətində yubanma olubl

Bakı metrosunda qatarların hərəkətində yubanma olubl
Bənövşəyi xəttin “Xocəsən” stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin “Avtovağzal-8 Noyabr” sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ