Sizin reklam burada
Sizin reklam burada

Hövsanda doqquz yaşlı uşağı avtomobil vurub

Hövsanda doqquz yaşlı uşağı avtomobil vurub
Suraxanı rayonunun Hövsan qəsəbəsində uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, yolu keçən 2014-cü il təvəllüdlü R.E.Məhərrəmzadəni avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Pasiyent reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ