Sizin reklam burada
Sizin reklam burada

Töhrit Novruzov: “Ailəmlə Laçına çatmaq üçün səbirsizlənirik”

Töhrit Novruzov: “Ailəmlə Laçına çatmaq üçün səbirsizlənirik”
“Çox şükür, indi Vətənimizə, el-obamıza qayıdırıq. Çox sevincliyik. Laçın azad olunduqdan sonra bu qədər tez oraya köçəcəyimizə inanmırdıq”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Laçın rayon sakini Töhrit Novruzov deyib.

Müsahib qeyd edib ki, şəhidlərimizin, qazilərimizin sayəsində Vətənimizin bütövlüyü bərpa edilib:

“İllər sonra yenidən Laçınımı gəzə biləcəyəm. Yaşıl meşələri, uca dağları üçün çox darıxmışam. Cavan yaşlarımda o gözəl diyarı tərk etməyə məcbur qalmışdım. İndi ailəmlə oraya çatmaq üçün səbirsizlənirik. Laçında təsərrüfatla məşğul olmaq, onu inkişaf etdirmək niyyətindəyik”.

Qeyd edək ki, bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna – Laçına geri dönür. Bununla da Laçında 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ