Sizin reklam burada
Sizin reklam burada

"Narkotik və narkomaniya ilə bağlı ciddi iş aparılmalıdır" - narkoekspert

"Narkotik və narkomaniya ilə bağlı ciddi iş aparılmalıdır" - narkoekspert


Səhiyyə Nazirliyi qeydiyyata götürdüyü xəstələrin, o cümlədən narkomanların statistikasını cəmi üç yaş kateqoriyası üzrə təqdim edir: 18 yaşa qədər, 19-35 yaş arasında və 35 yaşdan yuxarı. Əslində bu sahə üzrə məlumatları digər ölkələr üzrə məlumatlarla müqayisə etmək üçün yaş şkalası beş il intervalı ilə qurulub. Yəni 20-25 yaş, 26-30 yaş, 31-35 yaş və s.

Bu barədə QHT.az –a Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov məlumat verib. O, qeyd edib ki, ölkədə belə qeydiyyat sisteminin olmaması epidemioloji xarakter daşıyan xüsusi tədqiqatların keçirilməsini çətinləşdirir: “Səhiyyə qeydiyyatı sistemində mövcud digər mühüm çatışmazlıq xəstələrin qeydiyyatında vahid sisteminin olmamasıdır. Xəstələrin qeydiyyatı mexaniki üsulla aparılır. Xəstələri qeydiyyata götürəndə xüsusi blank forması doldurulur. Formada xəstə haqqında şəxsi məlumat, xəstəlik haqqında məlumat (diaqnoz) və təyin olunan müalicə haqqında məlumat olur. Müalicə müəssisələrində qeydiyyata alınmış xəstələr haqqında məlumat Respublika Narkoloji Dispanserinə, sonra isə Səhiyyə Nazirliyinin statistika şöbəsinə ötürülür. Respublika Narkoloji Dispanserinə vaxtaşırı ötürülən ümumi məlumatlar statistik xarakter daşıyır. Müalicə kartlarında olan məlumatlar isə Respublika Narkoloji Dispanserinə gecikdirmələrlə ötürüldüyü üçün və onların təhlili çox vaxt mexaniki üsulla aparıldığından ayrı-ayrı xəstələr haqqında məlumatın təhlili gecikir. Məsələn, eyni xəstə bir il ərzində Bakıda və Azərbaycanın digər bölgəsində müalicə alırsa, o, iki dəfə qeydiyyata götürülmüş olur. Bu xəstə haqqında təsnifatlı məlumat Respublika Narkoloji Dispanserinə gəlincə, müalicə alan xəstənin eyni adam olduğu müəyyənləşincə, statistik məlumatlarda mexaniki səhvlər yaranır. Qeydiyyatla bağlı çatışmazlıq yalnız səhiyyə sistemində deyil, hüquq-mühafizə orqanları tərəfindən aparılan müvafiq qeydiyyat sistemində də var”.

Ekspert bildirib ki, narkotiklərlə bağlı törədilən cinayətlər və məsuliyyətə cəlb olunan şəxslərin də qeydiyyatı cəmi üç yaş qrupuna bölünərək aparılır: “Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun statistik məlumatlarında tətbiq olunan göstəricilər natamamdır. Hər iki qurum məhsuliyyətə cəlb olunan şəxslərin məşğuliyyət xüsusiyyətlərinə aid statistik şkalada cəmi üç qrupu qeyd edir: qulluqçular, fəhlələr və işsizlər. Bu, natamam qeydiyyat şkalasıdır. Çünki, məncə burada muzdlu işçilər, mövsümi işlə təmin olunanlar, kənd təsərrüfatı, sahibkarlıq və s. sahələrdə işləyən qrupda bölgü yoxdur. Eyni zamanda, Daxili Işlər Nazirliyinin və Dövlət Komissiyasının Işçi Qrupunun təqdim etdiyi məlumatlar arasında cinayət məsuliyyətinə cəlb olunanların ailə vəziyyəti və maddi durumu ilə bağlı məlumatlar əksini tapmır”.

Məsuliyyətə cəlb olunan narkotikomanların hansı mühitdə, şəraitdə, hansı müddət ərzində bu işlə məşğul olmaları və s. məqamlarla bağlı göstəricilər hesabatlarda əks olunmadığını bildirən Emil Maqalov bu da göstəricilərin müqayisəli təhlilini aparmağa və hazırkı durum haqda tam təsəvvür yaratmağa imkan vermir: “Rəsmi mənbələrdən belə məlumatlar alınmadıqda epidemioloji təhlilləri yalnız xüsusi sorğuların və ya QHT-lərin işinin nəticələrinə əsasən aparmaq olur. Mənim bir işim də gənclər arasında narkotik maddələrə tələbatın azaldılmasıdır. Bu məsələ təbii ki, bütün cəmiyyətin fəaliyyətinə daxil olmalıdır. Məktəblərdə şagirdlər, müəllim və valideynlər arasında birbaşa təlim kurslarının keçirilməsi, narkomanlığın ilkin simptomları, ilkin araşdırılması, narkotik maddələrin sui-istifadəsi ilə bağlı olan davranış halları üzrə ciddi iş aparılmalıdır. Bəzilərinin mühit təsiri altında hərdənbir narkotikin dadına baxan gənclərin üzə çıxması, profilaktik tədbirlərin aparılması, erkən müdaxilənin olunması çox mühümdür. Belə yeniyetmə və gənclərə qarşı psixoloji, lazım gəlsə, tibbi tədbirlər görülməlidir. Lakin reabilitasiya proqramları, onların dünyagörüşünə təsir edən tədbirlər bu gün təəssüf ki, yoxdur və ya maliyyə və səriştəsizlik problemi var. Bu sahədə həm maddi-texniki şəraitin, əmək haqqının həm də kadrların azlığı ilə izah edirəm”.

Ekspert qeyd edib ki, narkotiklərdən istifadə pərakəndə cinsi əlaqələr, cinsi xəstəliklərin yayılmasına da xidmət edir: “Bundan başqa damardaxili İNİ yani, İnyeksion Narkotik istifadə edən şəxslər arasında ölümlə və ölümcül xəstəlikləri yaymaqla nəticələnən immunçatışmazlığı virusu QIÇS (SPID), Hepatitlər və digər xəstəliklər yayılır”.

ƏVVƏLİ... https://qht.az/details/az/24087

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ