Sizin reklam burada
Sizin reklam burada

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Ölkə ərazisində iyulun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 32-37 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz 17-22 dərəcə isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ