Sizin reklam burada
Sizin reklam burada

Bakı sakini mənzilinə axan suya görə qonşusunu bıçaqladı

Bakı sakini mənzilinə axan suya görə qonşusunu bıçaqladı
Bakının Suraxanı rayonunda qonşular arasında dava düşüb.

APA xəbər verir ki, hadisə Elçin Məmmədov küçəsində baş verib.

Belə ki, ev 5, mənzil 72 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Ələkbərzadə Fərəc Vaqif oğluna məxsus evin mətbəxindən aşağı mərtəbədə yaşayan şəxsin mənzilinə su damıb. Məlum olub ki, su soyuducudan axıb. Qonşu F.Ələkbərzadəyə iradını bildirib. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. F.Ələkbərzadə bıçaqlanıb. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ