Sizin reklam burada
Sizin reklam burada

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılıb

Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılıb


Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılıb.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ