Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA



Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 7-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə dolu düşüb. Proses radar sistemləri ilə müşahidə edilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm, Qrızda 2 sm olub.

Yağan yağıntının miqdarı Qaxda 37 mm (aylıq normanın 29%-i), Mingəçevirdə 33 mm (aylıq normanın 96%-i), Şəkidə 22 mm (aylıq normanın 24%-i), Ağdamda 20 mm (aylıq normanın 41%-i), digər rayonlarda düşən yağıntının miqdarı 5-11 mm olub.

Aprelin 6-da Oğuz rayonu Başdaşağıl kəndi ərazisinə saat 16:00-16:20 radələrində diametri 12-17 mm, Şəki rayonu ərazisinə xırda dənəli dolu, saat 18:00 radələrində isə Qax rayonunun Cəlayır, Qıpçaq, Üzümlü, Vərəzət kəndlərinə dolu düşüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ