Sizin reklam burada
Sizin reklam burada

Bu gündən kamera vasitəsilə də CƏRİMƏ YAZILACAQ

Bu gündən kamera vasitəsilə də CƏRİMƏ YAZILACAQ



İnzibati Xətalar Məcəlləsinə bu gün edilən və bu gündən qüvvəyə minən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmağa görə (İXM-in 346-cı maddəsi üzrə) kameralar vasitəsilə (elektron qərarla) də cərimə yazmaq olacaq.

Publika.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, cərimə yazmaq səlahiyyəti yalnız DYP-yə aiddir.

O, edilən dəyişikliyə əsasən, dayanma və durma qaydalarını pozmaya görə (İXM-in 346-cı maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyətinin ləğv edildiyini bildirib. Lakin parklanma qaydalarını pozmaya görə (İXM-in 346-1-ci maddəsi üzrə) BNA-nın cərimə yazmaq səlahiyyəti qalır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ