Sizin reklam burada
Sizin reklam burada

Ağsuda qanunsuz ov edən Kürdəmir sakinləri saxlanılıblar

Ağsuda qanunsuz ov edən Kürdəmir sakinləri saxlanılıblar
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri - Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib. Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı təhqiqat qrupu tərəfindən araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş