Sizin reklam burada
Sizin reklam burada

Altıağacda qar örtüyünün hündürlüyü 7 sm-ə çatıb - FAKTİKİ HAVA

Altıağacda qar örtüyünün hündürlüyü 7 sm-ə çatıb - FAKTİKİ HAVA



Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Lerik, Şamaxı, Ağdam, Göygöl, Lənkəran, Göytəpə, Ağdərə (Ordubad), Şəmkir, Qəbələ, Şabran, Beyləqan, Cəfərxan, Astara, Qobustan, Yardımlı, Altıağac, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Tovuz, Oğuz, Zaqatala, Şəki, Qax, Ağsu, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabadda 5 mm-dək, Pirallahıda 10 mm, Maştağa, Binədə 8 mm, Bakıda 7 mm, Sumqayıtda 5 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Altıağacda 7 sm, Qaxda 1 sm olub.

Bu gün ölkə ərazisində səhər saatlarından başlayaraq yağıntılar kəsilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ