Sizin reklam burada
Sizin reklam burada

Bakının vacib yollarından biri bağlanır: DYP əhaliyə MÜRACİƏT etdi - YENİLƏNİB

Bakının vacib yollarından biri bağlanır: DYP əhaliyə MÜRACİƏT etdi - YENİLƏNİB



“Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”.

Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

“Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.

Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət etdiyi ərazidir. Sürücülər bunları nəzərə alaraq həmin ərazidə nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.

09:52

Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ