Sizin reklam burada
Sizin reklam burada

Sabah yağış yağacaq

Sabah yağış yağacaq



Bakıda və Abşeron yarımadasında oktyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 20-23 dərəcə isti olacaq. Bakıda gecə 16-18, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında sabah şərq rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ